“Əmlak amnistiyası”na ehtiyac var — AÇIQLAMA

GÜNDƏM 14 iyul 2025, 20:44
“Dəfələrlə təklif vermişik ki, “əmlak amnistiyası” keçirilməlidir. Söhbət təkcə torpaqdan getmir. Elə böyük torpaq sahələri var ki, orada yüzlərlə ev tikilib, bu torpaqlar kənd təsərrüfatı təyinatlıdır. Mövcud qanunvericiliyə uyğun olaraq bu tikililər qanunsuzdur. Amma fakt odur ki, həmin evlər var, onlar orada yaşayırlar, kommunal xidmətlərdən istifadə edirlər, qeydiyyata düşürlər və s. Belə olan halda, həmin evlərin hələ də qeyri-qanuni olaraq tanınması əmlak reyestrinin formalaşmasında çox ciddi problem yaradır”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. Onun sözlərinə görə, bütün bunları qanuniləşdirmək və əmlak reyestrini formalaşdırmaq məqsədilə ölkədə doğrudan da “əmlak amnistiyası”na ehtiyac var:

“Bunun üçün çox ciddi dəyişikliklər lazımdır, yanaşma dəyişməlidir. Bir vətəndaş bir əmlaka sahibdirsə və kommunal ödənişləri həyata keçirirsə, niyə də həmin əmlak qeydiyyata alınmasın, vergi verməsin, reyestrdə qeydiyyata alınmasın? Yaxud ölkədə və Bakı şəhərində mənzillərin, evlərin, torpaq sahələrinin niyə reyestri aparılmasın? Bütün bunları reallaşdırmaq Azərbaycanın əmlak strategiyasına çox böyük töhfə verə bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top