Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mediaya açıqlamasında bildiribki, hazırda Azərbaycanda COVID-19 infeksiyasının “Omikron” ştamı mövcuddur.
Tibbi ekspert, professor Adil Qeybulla Demokrat.az-a verdiyi açıqlamada deyib ki, yay aylarında, xüsusilə də pandemiyadan sonrakı dövrdə, insan sağlamlığı üçün bir sıra yeni risklər meydana çıxır:
“İstilər, kondisioner altında uzun müddət qalmaq, axşam saatlarında uyğun geyim seçməmək, eləcə də yelçəkən yerdə oturmaq üst tənəffüs yollarının infeksiyalarına səbəb ola bilər. Bu isə orqanizmdə mövcud olan virus və bakteriyaların aktivləşməsinə gətirib çıxarır. Digər tərəfdən, COVİD-19 pandemiyası rəsmi olaraq sona çatsa da, “SARS-CoV-2” virusunun müxtəlif mutasiya olunmuş ştamları, o cümlədən omikron variantları hələ də dövriyyədədir.
Virusun yoluxduruculuq qabiliyyəti qalır və zəif immun sistemə malik şəxslər üçün real təhlükə yarada bilir. Son dövrlərdə yayılan digər infeksiyalar, məsələn, “parvovirus B19” enteroviruslar və müxtəlif bakterial infeksiyalar da epidemioloji mənzərəni mürəkkəbləşdirir”.
Həkim qeyd edib ki, xüsusilə COVİD-19-dan sonra əksər insanların immun sistemi zəiflədiyindən, bu infeksiyalara qarşı müqavimət də əvvəlki səviyyədə deyil:
“Bütün bunlar onu göstərir ki, insanlar yayda da sağlamlıqlarına ciddi yanaşmalıdırlar. İstilik və ya sərin hava rejiminə uyğun geyim seçmək, kondisionerlərdən ehtiyatla istifadə etmək, düzgün qidalanmaq və şəxsi gigiyenaya diqqət yetirmək bu dövrdə xüsusi əhəmiyyət daşıyır.
Evdə belə olsanız, havalandırma və temperatur balansına diqqət yetirmək vacibdir. Unutmayaq ki, pandemiyadan sonrakı dövr immun sistemin hələ tam bərpa olunmadığı bir mərhələdir”.
Leyla Turan
Demokrat.az