Peskov Zelenskinin Azərbaycana başsağlığı verməsindən qəzəblənib — "Ocağa yağ tökür"

GÜNDƏM 02 iyul 2025, 14:41
"Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür". 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış gərginlikdən sui-istifadə etməyə çalışır. Kiyev ocağın üstünə yağ tökməklə məşğuldur. Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və indi də etmir" - Peskov əlavə edib.

Onun sözlərinə görə, hadisələrin kökündə “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top