Almaniya və Finlandiyadan olan tədqiqatçılar təkrar emal oluna və görünüşünü və möhkəmliyini pozmadan dəfələrlə istifadə oluna bilən sintetik material yaradıblar.
Demokrat.az xəbər verir ki, bu barədə "Aalto" saytında məlumat verilir.
İnkişaf tədqiqatlara 1,4 milyon avro ayıran Volkswagen Fondunun dəstəyi ilə həyata keçirilib.Konstanz Universitetindən materialşünaslıq professoru Stefan Mekinqin rəhbərlik etdiyi komanda liflərin yaradılmasına kökündən fərqli yanaşma ilə çıxış edib. Təkrar emal edilməsi qeyri-mümkün olan və onilliklər ərzində təbiətdə qalan materialdan fərqli olaraq, yeni lif həm sənaye şəraitində, həm də təbiətdə fermentlər tərəfindən parçalanır.
Emal edildikdən sonra yaranan xammal keyfiyyət, rəng və möhkəmlik itkisi olmadan yenidən istehsal üçün istifadə edilə bilər.
Tədqiqatçılar texnologiyanı sənaye istifadəsi üçün uyğun bir prototipə çevirməyə ümid edirlər. Bu, karbon emissiyalarını potensial olaraq əhəmiyyətli dərəcədə azalda bilər,ş. Çünki təkrar emal sıfırdan parça yaratmaqdan daha az enerji tələb edir. Təkrar istifadə həmçinin mikroplastik çirklənməni və neft-kimya xammalından asılılığı azaldır.
Əfsanə Kamal
Demokrat.az