34 yaşlı kişi “Tik Tok”da paylaşım edən arvadına xəsarət yetirdi

KRİMİNAL 13 iyun 2025, 18:55
Abşeron rayonunda 1991-ci il təvəllüdlü Əfsər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aydana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 21 dekabr 2024-cü ildə baş verib. Xızı rayon sakini Əfsər həmin gün, gecə saat 02:30-da yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aydanın mobil cihaz vasitəsi ilə onu məlumatlandırmadan sosial şəbəkədə “Tik Tok” platformasına daxil olduğunu görüb. 

Bundan hiddətlənən ər arvadına irad bildirib. Bu səbəbdən tərəflər arasında həmin səbəbdən mübahisə yaranıb. Mübahisə əsnasında o, arvadının üzərinə hücum edib və qəsdən əl, yumruq zərbələri ilə onun göz, sifət, baş, sinə və bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vurub. Aydan həmin zərbələrdən yerə yıxılmasına səbəb olduqdan sonra da, hərəkətlərinə davam edib. O, yerdə olan arvadını  ayaq, təpik zərbələri ilə vurub.

Hadisəni törədən Əfsərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 8 il əvvəl Almazla ailə həyatı qurub və birkə nigahdan üç övladı var: “Almaz 2023-cü ildə vəfat etdi. Mən uzun müddət heç kimlə ailə həyatı qurmadım. Zərərçəkmiş Aydan ilə hadisədən bir ay olar ki, tanış olmuşam və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıram. Aydanın da ilk evliliyindən iki övladı var. Aydan əvvəllər ailəli olub və sonradan boşanıb”.

Əfsərin ifadəsinə görə, dekabrın 21-də, gecə saat 02:30-da Aydanla birlikdə yaşadığı evdə olan zaman onun mobil telefonda “Tik Tok” sosial şəbəkədən istifadə etdiyini görüb və ona bununla bağlı öz iradını bildirib: “Bu səbəbdən aramızda mübahisə yarandı və mübahisə zamanı Aydanın üzərinə gedərək yumruq zərbəsi ilə onun sifətindən bir dəfə vurdum. Aydan aldığı zərbənin təsirindən yerə yıxıldı. Bundan sonra Aydandan aralandım və evin digər otağına keçdim. Sonradan məlum oldu ki, Aydan barəmdə polis idarəsinə şikayət edib”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfsər aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 10:30
14 iyun 2025, 10:18
Top