Vüsalə Mahirqızı: "Cəmiyyətdə yaradılmış yanlış təsəvvürlər gəncləri kriminal aləmə maraqlı edir"

GÜNDƏM 31 may 2025, 16:17
"Kriminal aləmin, xüsusən də “oğru dünyası”nın cəmiyyətə, xüsusilə gənclərə təsiri məsələsində təkcə medianı günahlandırmaq düzgün deyil. Bu məsələ kompleks yanaşma tələb edir. Bəli, mediada bəzən kriminal şəxslərin qəhrəmanlaşdırılması hallarına rast gəlinir. Onların haqqında tərifdolu yazılar, ölümündən sonra məzar üzərində çəkilən fotolar, büstlərin qoyulması, “ədalətli” obrazlarının yaradılması kimi hallar mövcuddur və bu, cəmiyyətə zərər verir".

Bu sözləri Demokrat.az-a açıqlamasında "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı deyib. 

"Amma problemin əsas səbəbi təkcə bu deyil. Gənclərin və məktəblilərin bu cür tiplərə simpatiya göstərməsinin kökündə uzun illər ərzində cəmiyyətdə yaradılmış yanlış təsəvvürlər, həm də alternativ pozitiv rol modellərinin azlığı dayanır. Ziyalılar, idmançılar, ölkəni dünyada tanıdan  şəxslər və ümumiyyətlə müsbət obrazlar mediada daha çox təbliğ olunmalıdır ki, gənclər seçimini bu insanlardan yana etsinlər".

O bildirib ki, burada ailə institutu, təhsil sistemi, dövlət qurumları, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları da mühüm rol oynayır. Media bu zəncirin yalnız bir halqasıdır və o da öz məsuliyyətini dərk edib, düzgün təbliğat aparmalıdır. Amma problemin yalnız mediaya yüklənməsi yalnış yanaşmadır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top