Ailə məsələlərində, xüsusilə uşağın gələcəyini müəyyən edən məhkəmə proseslərində, uşağın öz fikrinin dinlənilməsi və hüquqlarının qorunması önəmli yer tutur. Bu baxımdan, Azərbaycan Ailə Məcəlləsinin 52-ci maddəsi uşağın maraqlarının qorunması üçün xüsusi qaydalar müəyyən edir.
Maraqlıdır, ailə çəkişmələri ilə bağlı məhkəmə proseslərində uşaqların fikri nəzərə alınırmı?
Demokrat.az xəbər verir ki, Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında vəkil Vüsal Cəfərov bildirib ki, uşağın fikrinin məhkəmə proseslərində soruşulması iki mərhələdə həyata keçirilir:
“Yeddi yaşından sonra hakim uşağın fikrini dinləyə bilər və bu fikir əlavə sübut kimi dəyərləndirilir. Uşaq on yaşa çatdıqda isə onun fikri məcburi olaraq nəzərə alınmalı olur, lakin bu fikir digər sübutlarla, valideynlərin şəraiti və uşağın ümumi vəziyyəti ilə birlikdə qiymətləndirilir”
Vüsal Cəfərov əlavə edib ki, məhkəmə uşağın üstün maraqlarını müəyyən edərkən bir sıra amilləri də nəzərə alır:
“Valideynlərin və uşağın yaxınlarının emosional bağlılığı, valideynlərin şəxsiyyəti, zərərli vərdişləri, uşağın təhlükəsizliyi və inkişaf şəraiti, həmçinin hər tərəfin maddi imkanları buna daxildir. Qanun maddi vəziyyəti üstün tutmasa da, uşağın həm fiziki, həm də psixoloji rifahı ön plandadır.
Eyni zamanda atanın himayə hüququ məsələsində isə məhkəmənin valideynlik qabiliyyətini şübhə altına alan sübutları və uşağın yaşından asılı olaraq onun seçimini diqqətə alır. Burda isə yekun qərar uşağın maraqlarının və toplanan bütün sübutların kompleks qiymətləndirilməsi əsasında verilir”, - deyə vəkil bildirib.
Beləliklə, Vüsal Cəfərov uşağın hüquqlarının qorunması və onun ali mənafeyinin təmin olunmasının bu yanaşma ilə mümkün olduğunu qeyd edib.