"Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 107 il bundan əvvəl, mayın 28-də Azərbaycan Cümhuriyyəti quruldu. Qısa müddət ərzində çox ciddi işlər görüldü, Azərbaycanın diplomatik münasibətləri formalaşmağa başladı, beynəlxalq təşkilatlarda Azərbaycanın varlığı tanınmağa başladı. Amma təəssüf ki, 23 aydan sonra bolşeviklər tərəfindən dövlət süquta uğradıldı, 11-ci Qızıl Ordu Azərbaycanı işğal etdi və bu, 70 il davam etdi".
Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, atalarımızın dövlətçilik ideyalarını yaşatması ilə biz nəhayət 1991-ci ildə müstəqilliyimizi bərpa edə bildik:
"Biz həmin dövlətin varisi olaraq bu gün mövcuduq. Daha sonra 2020-ci ildə torpaqlarımızın bir hissəsini işğaldan azad etdik və 2023-cü ilin sentyabrında tam olaraq ərazi bütövlüyümüzü bərpa etmiş olduq. Bununla da bu gün Azərbaycan dövləti tam suveren, müstəqil dövlət olaraq regionun əsas söz sahibinə çevrilib.Biz əslində elə o zaman mövcud olmuş və 23 ay yaşamış AXC-yə, həmin müstəqil dövlətə borcluyuq".
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox uğurlara imza atıb və burada yürütdüyümüz xarici siyasət xüsusi önəm daşıyır:
"Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın təkcə regionda deyil, bütün dünyada söz sahibinə çevrilməsinə səbəb olub. Bu gün regionda Azərbaycanın iştirakı, razılığı olmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyil".
Cavidan Mirzəzadə
Demokrat.az