"Elm və Təhsil Nazirliyi qərarların səbəblərini vaxtında və aydın şəkildə izah etməlidir" — Deputatdan AÇIQLAMA

GÜNDƏM 28 may 2025, 14:20
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi lisey və gimnaziyalara IV, V, VII siniflər üzrə qəbul imtahanlarını qəfil dayandırıb.

Mövzu ilə bağlı deputat Fazil Mustafa Demokrat.az-a açıqlama verib. 

O deyib ki, bu, olduqca pis haldır:

“Təhsil sahəsində şəffaflıq və ictimaiyyətlə məsləhətləşmə vacibdir. Təhsildə atılan hər addım, qəbul olunan hər qərar minlərlə şagirdin, müəllimin və valideynin taleyinə təsir edir. Əgər bu qərarlar qəfil və əsaslandırılmamış şəkildə həyata keçirilirsə, cəmiyyətin inamı sarsılır, nəticədə təhsilə olan ümumi etimad azalır. Elə nazirlik var ki onların fəaliyyəti gizlilik ehtiva edir. Elm və Təhsil Nazirliyi isə bu sıraya aid deyil. Nazirlik bu kimi hallarda açıq kommunikasiyaya üstünlük verməli, qərarların səbəblərini vaxtında və aydın şəkildə izah etməlidir. Əks halda, dediyiniz kimi, nəticələr həm psixoloji, həm sosial baxımdan daha da ağır ola bilər. Təhsil sahəsində verilənqərarları anlamaqda çətinlik çəkirəm. Təhsilimiz vəziyyəti bizi narahat edir. Bunun bariz nümunəsi məktəblərdə baş verən hadisələrdir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top