Komissiya yaradılsın, bu şəxslərə ev verilsin — Deputat

GÜNDƏM 26 may 2025, 13:58
“Yaradıcı insanlara evlərin verilməsi, sosial dəstəyin göstərilməsi olduqca önəmlidir. Mən yazıçılara da, bəstəkarlara da, rəssamlara da ev verilməsinin tərəfdarıyam”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, əgər belə bir qərar olacaqsa, proses ədalətli olmalıdır:



“Hələ rəssamların emalatxana problemi var ki, həllini tapmalıdır. Amma bu mənə elə gəlir ki, bürokratik qiymətləndirmə ilə olmamalıdır. Ölkə prezidentinin güvəndiyi, vicdanlı mütəxəssislərdən ibarət bir növ komissiya olmalıdır, ehtiyacı olanlar müəyyən edilməli, tövsiyələr hazırlanıb verilməlidir. Yoxsa bəzən həqiqətən ehtiyacı olanların bu evləri əldə etməsində çətinliklər yaranır. Elə etməliyik ki, bundan daha çox ehtiyacı olanlar yararlansınlar”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top