Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan zərərvurmaya görə cəzalar sərtləşdirilir.Layihəyə əsasən, sözügedən hallara görə şəxsin sağlamlığına az ağır ziyan vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bununla bağlı millət vəkili Müşfiq Məmmədli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, insan sağlamlığının qorunması və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə vacib hüquqi dəyişikliklər həyata keçiriləcək:
“Bu dəyişikliklər aidiyyəti qanunvericilik aktı qəbul olunduqdan və ölkə rəhbəri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Dəyişikliklərin əsas hədəfi tibbi təhsili və ya praktiki peşə hazırlığı olmayan şəxslərin səhiyyə sahəsinə müdaxiləsinin qarşısını almaqdır. Son illər özəl sektorun genişlənməsi və islahatların sürətlənməsi fonunda bəzi şəxslər istər tibbi, istərsə də qeyri-tibbi sahələrdən olanlar müxtəlif adlar altında qeyri-qanuni fəaliyyətlərə cəhd edirlər. Bu isə insan sağlamlığı üçün ciddi təhlükələr yaradır. Xüsusilə qadın və uşaq sağlamlığı dövlət səhiyyə siyasətində prioritet istiqamət kimi müəyyən edilib. Bu səbəbdən, yeni dəyişikliklər ginekoloji prosedurlar, xüsusilə də abort əməliyyatlarının yalnız müvafiq tibbi təhsil və sertifikata malik şəxslər tərəfindən həyata keçirilməsini tələb edir”.
Deputat əlavə edib ki, tibbi səriştəsi olmayan şəxslər tərəfindən aparılan bu cür müdaxilələr birbaşa cinayət hesab olunur:
“Bu halların qarşısının alınması hüquqi mexanizmlərlə gücləndiriləcək. Qanunvericilik dəyişiklikləri həm vətəndaşların sağlamlığını qorumağa, həm də səhiyyə sistemində etibarlı və peşəkar xidmətlərin təmin olunmasına yönəlib. Mövcud vəziyyət göstərir ki, səhiyyə sistemindəki idarəetmənin və qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, inzibati və cinayət hüququnun imkanlarından da geniş şəkildə istifadə olunmasına ehtiyac yaranıb. Son dövrlər baş verən neqativ hallar, səhiyyə sektorunda bir sıra boşluqların aradan qaldırılması və hüquqi mexanizmlərin gücləndirilməsini zəruri edir. Bu baxımdan, müvafiq qanunvericilik aktlarının sərtləşdirilməsi, daha çevik və təsirli nəzarət mexanizmlərinin tətbiqi vacib hesab olunur. Yalnız inzibati tədbirlərlə deyil, həm də hüquqi məsuliyyətin bütün formalarından o cümlədən cinayət məsuliyyətindən istifadə etməklə neqativ halların qarşısını almaq mümkündür”.
Leyla Turan
Demokrat.az