"Prius"un Nizami küçəsinə girməsinə kim icazə verib? — VİDEO

GÜNDƏM 17 may 2025, 14:36
Bakının Nizami küçəsinə "Toyota Prius" markalı avtomobil daxil olub.

Görüntülər sosial şəbəkələrdə yayılıb. İnsanların hərəkəti üçün nəzərdə tutulan əraziyə maşınların daxil olması birmənalı qarşılanmayıb.

Modern.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədlibildirib ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 17 may 2025-ci il tarixində Fəvvarələr meydanında keçiriləcək "V Autizm Festivalı" ilə bağlı əraziyə gecə saatlarında mülki nəqliyyat vasitələrinin girişinə icazə verilib.

Qeyd olunub ki, festivalın təşkili üçün tələb olunan texniki avadanlıqların əraziyə çatdırılması məqsədilə nəqliyyat vasitələri "Bakı Abadlıq Xidməti" MMC-nin rəsmi icazəsi ilə sözügedən əraziyə buraxılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top