Azərbaycan Qızıl Aypara Cəmiyyəti iddialara cavab verdi

GÜNDƏM 17 may 2025, 17:29
Azərbaycan Qızıl Aypara Cəmiyyəti sədr-deputat Novruz Aslanın adının maliyyə şəffaflığı ilə bağlı ciddi iddialarda hallanmasına münasibət bildirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Demokrat.az-a bildirilib ki,  ianələr Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC)ın nizamnaməsinə və qanunvericiliyə uyğun olaraq təşkil olunur və hesabatlarda bu göstəricilər əks olunub:

-Demokrat.az saytında “Adı olan, fəaliyyəti olmayan qurum — Deputat ianələri mənimsəyir?”
adlı yazı bizdə təəssüf hissi doğurdu.


Öncə onu bildirək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) fəaliyyəti barədə cəmiyyətin rəsmi saytında ətraflı məlumatlar yerləşdirilib və hər gün məlumatlar yenilənir. Bütün illər boyu hesabat göstəriciləri saytda yer alıb. İstənilən şəxs bu hesabatlarla tanış ola bilər.

İanələr AzQAC-ın nizamnaməsinə və qanunvericiliyə uyğun olaraq təşkil olunur və hesabatlarda bu göstəricilər əks olunub. AzQAC ictimai təşkilat olaraq hər il audit keçirir və nəticələri müvafiq qurumlara təqdim edir.

AzQAC-ın fəaliyyət istiqamətləri müxtəlifdir. Xüsusilə karonavirus və ikinci Qarabağ müharibəsi dövründə ayparaçılar fədakarlıq göstərmişlər. 44 günlük müharibə zamanı AzQAC-ın bir könüllüsü öz missiyasını yerinə yetirərkən Bərdə hadisəsində həyatını itirmiş, iki könüllüsü yaralanmışdır. Həmçinin, 2023-cü ildə ayparaçılar Xankəndi yolunda öz missiyalarını yerinə yetirərkən 29 gün çadırlarda gecələməli olmuşlar.

AzQAC-ın səmərəli fəaliyyəti nəzərə alınaraq, dövlət başçısının müvafiq sərəncamları ilə bir qrup ayparaçı medal və ordenlə təltif olunmuşlar.

Hesab edirik ki, AzQAC-ın fəaliyyəti barədə verilən rəylər və yazılar öncə müvafiq qaydada Cəmiyyətə sorğunun göndərilməsi və sorğuya verilən cavablara əsaslanmalıdır.

Cavidan Mirzəzadə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top