Sahibə Qafarova Papanın andiçmə mərasimində iştirak edəcək — FOTO

GÜNDƏM 17 may 2025, 20:50

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb.

Roma şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top