
ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” səhifəsində yazıb.
“Putinlə söhbətdən sonra mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə, sonra isə NATO üzvü ölkələrlə danışacam. Ümid edirəm ki, məhsuldar gün olacaq və atəşkəs əldə olunacaq”, - o qeyd edib.