Britaniya üç iranlını terrora yardıma görə həbs edib

DÜNYA 17 may 2025, 19:04
Böyük Britaniya polisi terrorla mübarizə üzrə geniş araşdırmada üç İran vətəndaşını cinayətlərə görə ittiham edib. 

Demokrat.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Polisin bəyanatına görə, Mostafa Sepahvand, Fərhad Cavadi Manesh və Şapur Kalehali Hani Nuri 14 avqust 2024-cü il və 16 fevral 2025-ci il tarixləri arasında xarici kəşfiyyat xidmətinə yardım etməkdə  ittiham olunurlar.

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi İran vətəndaşlarının Britaniya hakimiyyəti tərəfindən saxlanılması ilə bağlı xəbərlərdən narahatlığını bildirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top