Lənkəranda avtomobil körpüyə çırpıldı — Xəsarət alanlar var

HADİSƏ 17 may 2025, 20:15

Lənkəranda ağır yol-nəqliyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb.

Qəzada sürücü və həmkəndliləri olan sərnişinlər - 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.

Məlumata görə, T. Rəhimov maşını ilə dialez xəstəsi olan anasını xəsətxanaya aparırmış.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top