Stokholmda casusluqda şübhəli bilinərək saxlanılan, sonra isə azadlığa buraxılan isveçli diplomat vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi xəbər verib.
"Təəssüf ki, diplomatik xidmət əməkdaşının vəfat etdiyini təsdiqləyə bilərik. Qohumlarına hörmət əlaməti olaraq əlavə təfərrüat verməyəcəyik", - deyə bəyanda vurğulanıb.
"Expressen" qəzeti diplomatın intihar etdiyini yazıb.
Qeyd edək ki, diplomat İsveçin müxtəlif ölkələrdəki bir neçə səfirliyində işləyib. Krallığın dövlət təhlükəsizlik xidməti (SEPO) onu milli təhlükəsizlik üzrə müşavir Tobias Tiberqin istefasına aidiyyəti olmasında şübhələnirdi. İstintaqın versiyasına görə, ehtimal olunan cinayət 1-11 may tarixləri arasında törədilə bilərdi. Diplomatın evində axtarışlar aparılıb.