Türkiyə qaz yatağının kəşfini elan edib

REGİON 17 may 2025, 18:24
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə ehtiyatları 75 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, 49 günlük qazma və sınaqdan sonra qaz yatağı tapılıb.

Ərdoğanın sözlərinə görə, bu, üç il yarım ərzində bütün Türkiyə ərazisində mənzillərin təmin edilməsinə kifayət edəcək. Bu ehtiyatların dəyəri 30 milyard dollar qiymətləndirilir.

 Qara dəniz qaz yataqları hazırda 9,5 milyard kubmetr qaz hesabına ölkədə dörd milyon mənzili qazla təmin edir. Türkiyə liderinin sözlərinə görə, 2028-ci ilə qədər bu rəqəmin 4 dəfə artırılması planlaşdırılır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top