"Avroviziya"dan bu gün nə gözlənilir?

GÜNDƏM 17 may 2025, 19:10

69-cu "Avroviziya"nın  finalına saatlar qalmış, insanlar artıq indidən sırada dururlar ki arenaya daxil olsunlar. Bəs bu  final izləyicilərə nələr vəd edir?

Açılış hissədə "Avroviziya"nın qalibiyyət simvolu olan mikrofonun səhnəyə necə gətirilməsi maraqlı şəkildə qələmə verilib və İsveçrənin gözəllikləri bir daha videoçarx şəklində göstərilir. Mikrofonun nə çətinliklə arenaya gəldiyini bu axşam görəcəksiniz. Ümid edək ki, bu dəfə heç bir mikrafon sınmayacaq.

Açılış hissə Nemonun gəlin geyimində mahnısını oxuması ilə davam edir. Bundan sonra isə artistlər bayraq paradını həyata keçirir.

26 ölkə öz mahnılarını səsləndirəcək. Açılışı Norveç, bağlanışı isə Albaniya edəcək. Yarış mahnılarından sonra maraqlı interval aktlar da olacaq. Belə ki, interval aktlar arasında İsveçrənin 2019-cu il təmsilçisi Luka Hanni “Dirty Dancing”ni, 2020 və 2021-in İsveç təmsilçisi Gjon’s Tears isə “Tout l’Universe” mahnısını səsləndirəcək. Amma şou bununla da bitməyəcək, 2023-cü il ikinci yerə layiq görülmüş Käärijä və keçən ilin ikincisi olan Xorvatiya təmsilçisi Baby Lasagna bir-biri ilə rinqə çıxacaqlar. Son olaraq isə birgə yeni mahnıları olan "eurodab"ı təqdim edəcəklər. Bundan sonra keçən ilin qalibi olan Nemo da öz yeni imici ilə “Unexplainable” adlı yeni mahnısını təqdim edəcək.

Bundan əlavə məşhur müğənni  Selin Dionun da iştirakı gözlənilir, amma görünür ki, bu sirr kimi saxlanılır.Deyilənə görə,  məşhur müğənni öz özəl təyyarəsi ilə Baselə gəlib. 1988-ci ildə qalib olan müğənni fanatlarını intizarda saxlayır.

Qeyd edək ki, jüri xallarını bu il bir neçə tanış simalar təqdim edəcək. Tanış simalardan Azərbaycan xallarını Safura, San Marinodan Senhit, Avstraliyadan Kipri təmsil edən Silia Kapsis təqdim edəcək.

Kimin qalib olacağı isə sual altındadır. Belə ki, ilk olaraq İsveç və Avstriya "press"in sevimlisi olsa da, bütün performanslardan sonra Fransa, Finlandiya və Albaniyada favoritlər içindədir.

Tural Abdulla

Basel, İsveçrə


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top