Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası ölkənin şərq bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Səudiyyə Ərəbistanının şərq bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib", – ilkin açıqlamada bildirilib.
Daha sonra koalisiya eyni bölgədə ikinci pilotsuz uçuş aparatının da vurulduğunu açıqlayıb.
PUA-ların haradan buraxıldığı, hansı istiqamətdə hərəkət etdiyi və mümkün hədəfləri barədə məlumat verilməyib.


