"Hazırda dünya siyasətinin iqtisadiyyatı və mərkəzi Asiyaya doğru irəliləməkdədir. Bu kontekstdə Azərbaycanın da xarici siyasətinin yeni prioritetləri yaranmış olur. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, biz Qlobal Cənubun tərkib hissəsiyik. Qlobal Cənub böyük iqtisadiyyat, strateji perspektivlər deməkdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycanın Çinlə, Viyetnamla münasibətlərinin yüksək səviyyəyə qalxması, digər ölkələrlə münasibətlərin keyfiyyətli mərhələyə qədəm qoyması Azərbaycanın gücünü artıracaq:
"Dünyanın yeni inqlabı Uzaq Şərqdən gəlir. Azərbaycan hələ bu tendensiya başlamadan öncə şərqlə qərb arasında körpü olmağı bacarıb. Pekin-London xətti üzrə elə kommunikasiya yaradıb ki, bu, həm iqtisadiyyat, enerji, həm də nəqliyyat sahəsində böyük perspektivlər vəd edir. Bu gün Asiya və Şərq ölkələri ilə münasibətlərin dərinləşməsi Azərbaycanın iqtisadi gücünü və dünya siyasətində mövqeyini möhkəmləndirəcək".
Əfsanə Kamal
Demokrat.az