Elgünün ölümündən əvvəl görüntüləri yayıldı — VİDEO

GÜNDƏM 17 may 2025, 15:48

Xəbər verdiyimiz kimi, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.

“Qafqazinfo”nun məlumatına görə, hadisənin bütün hallarının araşdırılması üçün zəruri ekspertizalar təyin edilib.

Bu məqamda isə sosial şəbəkələrdə Elgünə aid olduğu bildirilən görüntülər yayılıb. Görüntülərdə onun həmin gecə marketə daxil olduğu, alış-veriş etdikdən sonra obyekti tərk etdiyi öz əksini tapıb.

Həmin videonu təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top