Şampun və üz kremi alarkən diqqətli olun: Xərçəng riski daşıyır

SOSİAL 16 may 2025, 20:22
Demokrat.az xəbər verir ki, İngiltərə Döş Xərçəngi Dərnəyinin dərc etdiyi hesabata görə, qadınlar hər gün orta hesabla altı fərqli kosmetik məhsuldan istifadə edirlər. Bu, orta hesabla 150-168 müxtəlif kimyəvi maddəyə məruz qalmaq deməkdir. Dərnək bildirir ki, bu maddələr tək başına zərərsiz ola bilər, lakin xüsusilə döş xərçəngi riskini ciddi şəkildə artıra bilər.

Bu birləşmələrə parabenlər, ftalatlar, sintetik ətirlər, konservantlar və UV filtləri daxildir. Bu maddələr çox vaxt məhsulun tərkib siyahılarında "parfum" və ya "ətir" kimi qeyd olunur və istehlakçının tərkibi bilməsini çətinləşdirir.

Mütəxəssslər gün ərzində istifadə olunan kosmetik məhsulların sayını azaltmağı və alarkən tərkibini diqqətli oxumağı məsləhət görürlər. Təhlükəsi maddələr ətir, kosmetik vasitələr, müxtəlif kremlərin tərkibində yer alır.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top