"Bizdə hələ repetitorluq edənlərin hər birinın pedaqoji təhsilli olub-olmaması bəlli deyil. Şəxsi olaraq tanıdığım başqa ixtisas sahibi olan şəxslər var ki, ayrı-ayrı fənnlər üzrə repetitorluq edirlər. Hətta ali təhsili olmayanlar, təhsili yarıda qalan, ali təhsildən xaric edilən şəxslər belə repetitorluq edirlər. Həmin şəxslər yaşadıqları əraziyə görə də kifayət qədər tanınmış repetitorlardır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, bu baxımdan bu gün sertifikasiyadan keçə bilməyən müəllimlərin repetitorluq etməsinə heç bir əngəl yoxdur, çünki repetitorluğun özünə nəzarət sistemi yoxdur:
"Beynəlxalq sistemdə repetitorluq etmək üçün lisenziya almaq tələb olunur. Bu gün hansısa elmi bilmək hələ onu pedaqoji və psixoloji baxımdan tədris edə bilmək demək deyil.
Təəssüf ki, sistem tamamilə nəzarətsizdir. Bu məsələdə valideyn və şagirddən başqa bütün tərəflər məmnundur. Təhsil idarəetmə orqanları ona görə məmnundur ki, repetitorların, kursların əldə etdiyi uğurlar təhsil sisteminin adına yazılır.
Repetitorlar və kurslar ona görə razıdır ki, böyük qazanc əldə edirlər. Valideyn isə ailə büdcəsinin bir hissəsini məcburi şəkildə kəsib, kurslara ödəyirlər. Şagirdlər isə 12-13 saat dərslə yüklənirlər. Təhsili olan, olmayan, başqa sahədə təhsili olan, sertifikasiyandan kəsilənlər belə repetitorluq edə bilirlər".
Əfsanə Kamal
Demokrat.az