Bakının Qaradağ rayonunda böyük ticarət mərkəzlərindən birində iki nəfər arasında baş verən mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 15-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binǝ” ticarət mərkəzinin qarşısında baş verib.
Salyan rayon sakini, 1969-cu il təvəllüdlü Musa həmin gün saat 16:00-da ticarət mərkəzinin qarşısında aralarında yaranmış şəxsi mübahisə zamanı əli ilə “Mercedes Benz” markalı avtomobildə olan Bəhruzun sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur.
Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az