Gəncədə müğənni olan bacısını öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsində məlum olub ki, birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayəti veriblər.
Onlar hökmün dəyişdirilməsini və Hüseyn Abdullayevin ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş ediblər.
Hakimlər heyəti şikayəti araşdırıblar və sonda qərar elan ediliblər. Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Abbasov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən, təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini xüsusi rejimli cəzaçəkmə müəssisəsində, qalan hissəsini isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İttihama görə, Hüseyn Abbasov 1989-cu il təvəllüdlü ögey bacısı Səbinənin müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib.
O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib.
Hüseyn Abbasov bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Səbinə qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib.
Hüseyn Abbasov Səbinənin ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Hüseyn Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, bundan əvvəl Hüseyn Abbasov öz doğma anasını öldürüb. 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 15 il cəza alıb.
O, həmin dövrdə də Cinayət Məcəlləsinin 120.2.2 və 120.24-cü maddələri ilə ittiham elan edilib. O, 2008-ci ildə Bərdə rayonunda anasını döyə-döyə öldürüb. İddia olunur ki, Vüqar anasını da qısqanclıq zəminində qətlə yetirib.
Fariz Məlikli
Demokrat.az