Almaniyanın Şlezviq-Holşteyn federal əyalətində, liman ərazisində qaz balonunun partlaması nəticəsində on nəfərə yaxın insan yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.
Alınan xəsarətlərin xarakteri və şiddəti ilə bağlı təfərrüatlar hələlik açıqlanmır.
Partlayış yerinin ətrafı polis tərəfindən mühasirəyə alınıb, yanğın və xilasetmə xidmətləri hadisə yerində işləyir, hüquq-mühafizə orqanları partlayışın səbəblərini araşdırır. Hadisədən sonra bir qadın bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına baxış təşkil edilib.
Əfsanə Kamal
Demokrat.az