İngiltərədə aparılan araşdırma hər iki nəfərdən birinin ildə ən azı bir dəfə günəş yanığı yaşadığını ortaya çıxarıb.
Demokrat.az xəbər verir ki, bu da dəri xərçənginin bilinməyən səbəbləri arasındadır.
Melanoma dəri xərçənginin ən ölümcül növlərindən biridir və yalnız beş günəş yanığı xəstəliyin inkişaf riskini iki dəfə artırır. Gənclərin 65 faizi ən azı ildə bir dəfə günəşdən yanır.
Bildirilib ki, sorğuya əsasən hər 41 qadından və 35 kişidən birində melanoma diaqnozu qoyulub. Ekspertlər isə bununla bağlı bəzi xəbərdarlıqlar edir. Ekspertlər bildirir ki, günəşdən qorunmaq üçün kölgə seçmək, şapka taxmaq, 30+ SPF günəş kremindən istifadə etmək və günün ən isti saatlarında günəşdən uzaq durmaq lazımdır.
Əfsanə Kamal
Demokrat.az