Fransada polis etirazçıları dağıtmaq üçün güc tətbiq edib

DÜNYA 01 may 2025, 19:50
Fransanın Nant şəhərində polislər bu gün keçirilən nümayiş zamanı iğtişaşçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə regional prefektura X sosial şəbəkəsində məlumat yayıb.

Hər il 1 May Fransada ənənəvi olaraq Əmək Günü şərəfinə nümayişlər keçirilir. Hakimiyyət qeyd edib ki, etirazçılar prefektura binasına ziyan vurub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar və fişənglər atıblar.

Buna cavab olaraq polis xüsusi vasitələrdən istifadə edib.

Dünən Parisdə Fransanın Ukrayna münaqişəsində iştirakına  və ölkəyə Qərb qoşunlarının göndərilməsinə qarşı nümayiş keçirilib. Patriotlar partiyasının təşkil etdiyi etiraz aksiyası Fransa paytaxtının mərkəzində, Pale-Royal meydanında başlayıb.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top