Dünya Özəl

Fransada polis etirazçıları dağıtmaq üçün güc tətbiq edib

Fransada polis etirazçıları dağıtmaq üçün güc tətbiq edib

Fransanın Nant şəhərində polislər bu gün keçirilən nümayiş zamanı iğtişaşçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə regional prefektura X sosial şəbəkəsində məlumat yayıb.

Hər il 1 MayFransadaənənəvi olaraq Əmək Günü şərəfinə nümayişlər keçirilir. Hakimiyyət qeyd edib ki, etirazçılar prefektura binasına ziyan vurub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar və fişənglər atıblar.

Buna cavab olaraq polis xüsusi vasitələrdən istifadə edib.

Dünən Parisdə FransanınUkraynamünaqişəsində iştirakınavə ölkəyə Qərb qoşunlarının göndərilməsinə qarşı nümayişkeçirilib. Patriotlar partiyasının təşkil etdiyi etiraz aksiyası Fransa paytaxtının mərkəzində, Pale-Royal meydanında başlayıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova