XİN: Hindistan və Pakistan arasında mövcud gərginlik narahatıq doğurur

GÜNDƏM 01 may 2025, 18:35
Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında qeyd olunub.

Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb:

"Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".

Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:

"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top