Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlişindən sonra havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı üçün əlverişsizdir.
Bununla bağlı kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, son vaxtlar havaların qeyri-normal keçməsi təbii ki, kənd təsərrüfatına çox ciddi təsir göstərir:
“Xərcləri dəfələrlə artırır, zərərvecirilərə, yabanılara qarşı mübarizəni çətinləşdirir. İndi təbiətin oyanan vaxtıdır, təbiətlə bərabər xəstəliklər də oyanır. Yağış imkan vermir ki, 666589+xəstəliklərə qarşı mübahizə aparasan. Hər yağışdan sonra mütləq dərmanlar vurulmalıdır, onlar da çox bahalıdır. Belə hava şəraitində istixanalarda məhsul çıxışı ləngiyir. Həm istilik sərfiyyatı artır, həm də məhsul çıxışı azalır. Bəzi bölgələrdə gilas və əriklərdə mayalanma dövrünə yağışlar düşdüyünə görə məhsullardarlıq aşağı düşür. O da təbii ki, qiymət artımına təsir göstərir. Əlavə çəkilən hər bir xərc təbii ki, məhsulun maya dəyərinə ciddi təsir göstərir”.
Leyla Turan
Demokrat.az