“Azərbaycan qonşu ölkələrlə münasibətlərə həssaslıqla yanaşır və bölgədə sülhün qorunmasını prioritet hesab edir. Bu yanaşma ilə Ermənistandan da eyni davranışı gözləməyimizə səbəb olur. Müstəqillik dövründə qonşu dövlətlərlə ciddi problemlərin yaşanmaması bu siyasətin uğurlu olduğunu göstərir”.
Bunu Demokrat.az-a açqılamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilə mövcuddur:
“Hazırda bu münasibətlər normal şəkildə davam etdirilir. İranla münasibətlərdə zaman-zaman Azərbaycandan qaynaqlanmayan müəyyən problemlər yaşansa da, ölkəmiz bu problemləri dialoq yolu ilə həll etməyə çalışır. İranın siyasətində baş verən dalğalanmalar bəzən Azərbaycana təsir etsə də, Azərbaycan qonşuluq prinsipinə sadiq qalaraq münasibətləri pozmamağa çalışır.
Son olaraq İran Prezidentinin səfəri göstərdi ki, Azərbaycanla süni şəkildə problem yaratmağın mənası yoxdur. Əksinə, dostluq münasibətlərini gücləndirmək, iqtisadi əlaqələri canlandırmaq və qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək əsas hədəf olmalıdır”.

Deputat qeyd edib ki, Azərbaycan həmçinin xarici siyasətdə balansın qorunmasına önəm verir:
“Türkiyə ilə strateji tərəfdaşlıq xüsusi yer tutur. Bununla yanaşı, hətta, qarşıdurma yaşayan ölkələrlə də dövlətimiz şəxsiyyətli və prinsipial mövqe sərgiləyir. Azərbaycan bu ölkələrə qarşı belə ədalətli və açıq münasibət nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycan heç bir ölkə ilə problem yaratmaq niyyətində deyil. Problem bizdən qaynaqlanmır. Əgər digər ölkələr də eyni yanaşmanı sərgiləyərsə, Azərbaycan dostluq üçün ən etibarlı və uyğun tərəfdaşdır”.
Leyla Turan
Demokrat.az