Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Demokrat.az Report-a istinadən xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Ermənistan Hökumət Evində baş tutan təkbətək görüşdə M.Kavelaşvili regional əməkdaşlıq və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstəyini ifadə edib.
Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud olan səmərəli əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Həmçinin, regionda mövcud çağırışlar, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə edilib.
Prezident Mixeil Kavelaşvili bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı Cənubi Qafqazda davamlı sülh və sabitlik yolunda tarixi addım kimi qiymətləndirir.
Kavelaşvili, eyni zamanda, qeyd edib ki, bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilib və bu formatda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi regionun rifahı baxımından önəmlidir.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığın inkişafına sadiqdir və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.