Avropa liderləri mayın 9-da Kiyevə getməkdən imtina edib

DÜNYA 29 aprel 2025, 19:00
Avropa ölkələrinin liderləri mayın 9-da  Kiyevə getməkdən imtina ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır. 

Nəşrin sözlərinə görə, Polşanın baş naziri Donald Tusk müdafiə sazişi imzalamaq üçün Emmanuel Makronla görüşmək üçün  Fransaya gedəcək, Britaniya lideri Keir Starmer Osloda keçiriləcək müdafiə sammitində iştirak edəcək, gələcək Almaniya kansleri Fridrix Merz hökuməti təsdiqlənənə qədər Ukraynaya getməyəcək.

Eyni zamanda qeyd edilir ki, Aİ ölkələrinin Xarici İşlər Nazirliklərinin rəhbərləri də respublikaya səfər edə bilərlər. 

Əfsanə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
29 aprel 2025, 19:30
Top