"Övladlarımla danışanda deyirəm ki, mən olmayanda icazə vermə qardaşın və bacın bir-birindən ayrılsın. Ən çox onların bir yerdə olmalarını istəyirəm. Mən olmasam da, onlar bir olsunlar. Onlar mənsizliyi özlərinə çox dərd etməsinlər".
Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Gün ortası" verilişində deyib.
Sənətçi bildirib ki, anasını itirəndən sonra 9 il depressiya yaşayıb:
"Anamın itkisi ilə barışa bilmədim. Bu səbəbdən 9 il ağır depressiya yaşadım. İndi o depressiyadan artıq çıxmışam. Baxıram ki, o 9 ildə mən nə qədər acı çəkmişəm. Nə qədər övladlarımın xoş gününü, ad günlərini qeyd etməmişəm. Bayramlarda özümə qapanıb, ağlamışam. İstəyirəm ki, övladlarım bu həyatı doya-doya yaşasınlar. Və analarını da unutmasınlar. Mənim üçün dua oxuyub, salam göndərsinlər (ağlayır)".
Qeyd edək ki, rejissor Elçin Məmmədovla ailəli olan Xuraman Şuşalının 4 övladı var. (Olay)