Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Hesablama Palatası yoxlama aparır.
Demokrat.az xəbər verir ki, yoxlama əsas etibarilə satınalma xidmətləri ilə bağlı təsdiq olunan tenderlərlə bağlıdır.
Məsələ ilə bağlı Ajans.az-ın Hesablama Palatasına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatasına 2025-ci il 24 aprel tarixində Ajans.az tərəfindən daxil olmuş informasiya sorğusuna “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır.
Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 06.12.2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş Planına əsasən 2025-ci ilin 21 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarının auditi keçirilir və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.
Xatırladaq ki, bu il fevral ayının 13-də “Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyodan çox vəsait xərcləyəcək” başlıqlı yazı təqdim etmişdik.
Yazıda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min azn-dən yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq təd