Ekspert: "Qrup və fərdi şəkildə turlarla Çinə səfər etmək mümkün olacaq"

GÜNDƏM 25 aprel 2025, 15:04
"Çin ilə Azərbaycanın əməkdaşlığı son dərəcə mühüm məsələdir. Əməkdaşlıq iqtisadi, siyasi, sosial və turizm baxımından əhəmiyyət kəsb edir. Cənab Prezident siyasətdə bir çox liderlərə nümunədir. Zəngəzur dəhlizinin açılması Azərbaycanı türk dünyasına və Çinə bağlayacaq. Məhsulların bu yol vasitəsi ilə Avropaya çıxışı təmin olunacaq".

Bu sözləri Demokrat.az-a turizm eksperti Əziz Şiriyev deyib.

"Dünyada ən çox vətəndaşı olan ölkə Çindir. Çin vətəndaşları turist olaraq dünyanı gəzməyi sevir. Reytinq sıralamasına görə də ən çox səyahət edən turistlər çinlilərdir. Bizim yerli vətəndaşların viza rejimi olmadığı üçün Çinə səfərini təşkil etmək mümkün olacaq. Yerli vətəndaşlarımızın çox Çin səddini görmək arzusundadır. Qrup və fərdi şəkildə turlarla Çinə səfər etmək mümkün olacaq. Vizasız rejimdə işgüzar turizm də inkişaf edəcək. Vətəndaşlarımız Çində ticari əlaqələr yaradacaqlar. Çin şirkətləri Azərbaycanda yeni iş birliklərinə açıq olacaqlar. Turistlərin də gəlməsi ölkə iqtisadiyyatına mühüm töhfə verəcək. Turistlərin ölkəmizə səfəri nəinki Bakı, regionlarımızda iqtisadi inkişafa təkan verəcək".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top