Tramp İran rəhbərliyi ilə görüşməyə hazırdır

DÜNYA 25 aprel 2025, 21:35
Tramp prezident Məsud Pezeşkian və İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei də daxil olmaqla, İran liderləri ilə mümkün görüşə hazırdır.

Demokrat.az
xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına  müsahibəsində deyib.

Tramp jurnalistin Amerika liderinin bu cür görüşlərə açıq olub-olmaması ilə bağlı sualını cavablandırarkən, "Əlbəttə" cavabını verib. 

Bu gün Tramp administrasiyası Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Antonu İranın nüvə danışıqlarında ABŞ texniki qrupuna rəhbərlik etmək üçün təyin edib.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top