İkinci əl mağazada Pikassonun əsəri tapılıb

DÜNYA 25 aprel 2025, 19:48
Belçikanın Antverpen şəhərində ikinci əl mağazasının işçiləri gözlənilməz əşya tapıblar.

Onlar  məişət əşyaları arasında ispan rəssamı Pablo Pikassonun öküz döyüşünün eskizi olan gil boşqab tapıblar. 

Demokrat.az xəbər verir ki, bu barədə HLN qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə üç həftə baş verib. Mağaza işçiləri boşqab üzərində "Empreinte originale de Picasso" (Pikassonun orijinal rəsmi) yazısını görüblər, bundan sonra ekspertiza rəsmin həqiqiliyini təsdiqləyib. Sonradan boşqab hərracda 12,6 min avroya satılıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top