Qlobal silahlanma yarışında yeni mərhələ başlayıb

DÜNYA 25 aprel 2025, 21:22
Hipersəs silahlarının ortaya çıxmasından sonra dünya silahlanma yarışının yeni mərhələsinə qədəm qoydu.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu deyib. 

Şoyqu xatırladıb ki, ilk növbədə adi silahlar meydana çıxıb, ardınca isə nüvə silahları yaranıb. Sonra bu silahları çatdırmaq üçün daşıyıcılara ehtiyac yarandı. Daha sonra Rusiya Strateji Raket Qüvvələri, hərbi-dəniz gəmiləri və s. peyda oldu. 

Hazırda dünya növbəti mərhələyə – yeni silah növlərinin, yeni fiziki prinsiplərə əsaslanan silahların, qlobal diapazonun yaranması mərhələsinə çatıb, deyən Şoyqu hipersəs silahlarını nəzərdə tutduğunu qeyd edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top