Hindistan və Pakistan arasında münaqişə ilə bağlı proqnoz verilib

DÜNYA 25 aprel 2025, 19:32
Hindistan və Pakistan tam nüvə münaqişəsi istəmir. 

Demokrat.az xəbər verir ki, bu barədə politoloq Aleksey Kupriyanov bildirib.

Onun sözlərinə görə, həm  Dehli, həm də İslamabad hazırda eyni problemi həll edirlər.

Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıb.

KİV-in məlumatına görə, hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” qruplaşması ilə əlaqəli olan Əfqanıstanın “Müqavimət Cəbhəsi” qruplaşması öz üzərinə götürüb.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyun 2025, 17:24
Top