Qırğızıstanda "Rus Evi"nin əməkdaşına hökm oxunub

DÜNYA 25 aprel 2025, 20:20
Qırğızıstandakı “Rus Evi”nin  muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək saxlanılan əməkdaşı Nataliya Sekerina ev dustaqlığına buraxılacaq. 

Demokrat.az bu barədə Rusiyanın Bişkekdəki səfirliyinə istinadən  xəbər verir.

Diplomatik nümayəndəlik qeyd edib ki, müstəntiqlər əvvəllər seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini mümkün hesab ediblər.

Səfirliyin bildirdiyinə görə, Qırğızıstan xüsusi xidmət orqanlarının "Rusiya Evi"nə qarşı heç bir iddiası yoxdur və işçinin saxlanması “Rossotrudniçestvo”nun Bişkekdəki fəaliyyəti ilə bağlı deyil.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top