
Kino və televiziya dünyasının ən nüfuzlu tədbirlərindən biri olan “Qızıl qlobus” 83-cü dəfə qaliblərini tapmağa hazırlaşır. “Oskar” mükafatının xəbərçisi kimi səciyyələndirilən mükafatlandırma mərasiminin tarixi rəsmən açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasim həmişə olduğu kimi, 11 yanvar 2026-cı ildə Beverli Hillsdəki məşhur Beverly Hilton otelində keçiriləcək.
Əvvəlki illərdə olduğu kimi gecənin aparıcılığını məşhur komediya ustası Nikki Qleyzer edəcək.
Mükafata namizəd olacaq adlar 8 dekabr 2025-ci ildə açıqlanacaq.