"Cənubi Asiyanın 2 nüvə gücü qarşı-qarşıya gəlib" — Politoloq

DÜNYA 25 aprel 2025, 18:58
Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. 

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Cammu və Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin həlak olduğu terror aktı baş verib:

“Bundan sonra rəsmi Dehli Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini "persona non-qrata" elan edib. Son zamanlar Hindistanın Pakistanla sərhəd bölgələrində ciddi su çatışmamazlığı meydana çıxıb. Hindistan öz ərazisində olan Ravi, Beas və Sutlej çaylarından istədiyi kimi istifadə edib. Hazırda quraqlıq səbəbindən bu çaylarda suyun miqdarı kəskin aşağı düşüb. Son zamanlar Hindistanın qərb vilayətlərində ciddi su çatışmazlığından əkin sahələrinin kütləvi tələf olması halları qeydə alınıb. Bu Modi hökumətini ciddi narahat edib”.

Politoloq əlavə edib ki, Dehli İslamabaddan bu məqsədlə ilə bağlı yardım istəyib:

“Pakistan hökuməti isə İndus, Chelum və Chelab çaylarından müəyyən olunmuş miqdarda istifadə ilə bağlı Hindistana icazə verib. Lakin Hindistanın öz daxilində hərbi müdaxilə edilərək  İndus çay sistemininin tamamilə nəzarət altına alıb. Hindistanın Indus çay sistemini tamamilə ələ keçirməsi 2 böyük riski özündə gətirəcək. Birincisi, bu Pakistanda ciddi humanitar böhran yarada bilər. Hazırda milyonlarla pakistanlı məhz bu sulardan istifadə edir. İkinci ciddi problem isə bu razılaşma hazırda BMT-nin su problemi ilə bağlı istinad etdiyi əsas hüquqi sənəddir. Hazırda Cənubi Asiyanın 2 nüvə gücü su problemini çözmək üçün qarşı-qarşıya gəlib. Pakistan dövləti Hindistanın ədalətsiz yanaşması qarşında özünü müdafiə etmək üçün bütün imkanlarını səfərbər edib”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top