Bakının Binəqədi rayonunda 1987-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində bibisi oğlu Qürbətə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 6-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.
Ağdaş rayon sakini Sahib həmin gün saat 22 radələrində atasının yaşadığı fərdi yaşayış evinin qarşısında qohumluq münasibətlərində olduğu bibisi oğlu Qürbətin görüşmə barədə əvvəldən olan razılaşmalarına baxmayaraq, telefon zənglərinə cavab verməməsinə görə sonuncunun qeyd olunan ünvana digər qohumu olan ilə birlikdə gələrək ona irad bildirmələri ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı bıçaqla onun döş qəfəsindən bir dəfə vurub.
Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə kirayədə yaşayır:
“Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul oluram. Valideynlərim bizimlə eyni küçədə, başqa evdə kirayədə yaşayırlar. Fevralın 6-da, 22:00-da Qürbət zəng vurdu və əmisi nəvəsi Kənangilə qonaq gəldiyini bildirdi. Bir az telefonda söhbət edəndən sonra Qürbətə nə iş gördüyünü, boşluqdursa görüşüb birlikdə bir yerdə çay içməyi təklif elədim. Qürbət də bu barədə Kənana bildirdi. Kənan da birlikdə çay içməyə getməyə razılıq verdi. Qürbətə atamgilin yaşadığı evə gedəcəyim üçün Kənanla birlikdə ora gəlmələrini, oradan məni çağırmalarını bildirdim. Onlarla danışandan sonra atamgilə gəldim.
Sonra Qürbətə zəng vurub atam Əliyusifin kirayədə yaşadıqları evdə olduğumu, yarım saata oradan çıxacağımı, görüşüb getməyi bildirdim. Mənim işim çıxdığından başım qarışdı, yarım saat keçməsinə baxmayaraq, Qürbətgilə zəng vurmadım. Qürbət isə Kənana atam Əliyusifin kirayədə yaşadığı evin onların evinin yaxınlığında olduğu üçün özlərinin gələrək orada birlikdə çay içməyə getməyi təklif elədim. Kənan da Qürbətə razılıq verdi və birlikdə atamgilin kirayədə yaşadıqları evə gəldilər. Atamgildə olarkən Kənan uca səslə məni çağırmağa və həyətin qapısını döyməyə başladı. Kənan və Qürbətin məni ucadan çağırmalarını eşidib evdən çölə çıxdım, qapını bərk döydüklərinə görə onlara irad tutdum. Qürbət onların zənglərinə cavab verməməyimə, onlara qapını bərkdən döymələrinə görə irad tutmağıma görə üstümə qışqırdı, sinəmdən tutaraq məni əli ilə kənara itələdi. Bu səbəbdən aramızda sözlə mübahisə yarandı. Qürbət məni vurmaq istəyərkən Kənan araya keçdi və bizi ayırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra o, “gözlə gəlirəm” deyib evə gedib və evdə mətbəxdən bıçaq götürərək geri qayıdıb:
“Həyətin qaranlıq yerində Qürbətin üstünə gedərək mətbəxdən götürdüyü bıçaqla Qürbətin sağ tərəf döş nahiyyəsinə bir dəfə vurdum. Kənan bunu görərək araya keçdi və Qürbəti kənara çəkdi. Yaralandığını görərək narahat oldum, onu vurmaq istəmədiyimi, məni bağışlamasını, üzr istədiyimi bildirdim. Bu zaman atam Əliyusif çölə çıxıb bizə irad tutdu. Atam Əliyusif və Kənan Qürbətin sinəsini tutduğunu və halının dəyişdiyini gördüm, onun qoluna girərək onu yaşadığımız evə apardıq. Mən də öz yaşadığım evə getdim. Atama Qürbətgilə gedib vəziyyəti ilə maraqlanmasını xahiş etdim. Qürbətin vəziyyəti pisləşdiyindən təcili tibbi yardım xidmətinə zəng vurub kömək istədilər. Təcili tibbi yardım xidmətinin əməkdaşları gələrək Qürbətin sağ döş qəfəsindən vurulduğunu və vəziyyətinin pisləşdiyini gördülər, onu Respublika Klinik Xəstəxanasına apardılar. Mən isə qorxduğumdan Ağdaş rayonuna getdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az