Qırğızıstanda Rus Evinin əməkdaşı həbs edildi

DÜNYA 23 aprel 2025, 18:20
Qırğızıstanın regional mərkəzi Oş şəhərindəki Rus Evinin əməkdaşı Nataliya Sekerina muzdluları cəlb etməkdə şübhəli bilinərək respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstanın Ali Məhkəməsi məlumat verib.

“Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin qərarı ilə Qırğızıstan xüsusi xidmət orqanları müstəntiqinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatəti təmin edilib. Sekerina barəsində istintaqın davam etdiyi müddətə, yəni 2025-ci il iyunun 17-dək həbs qətimkan tədbiri seçilib”, - məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
23 aprel 2025, 20:27
Top