İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri gözlənilir.
Demokrat.az xəbər verir ki, bu barədə “İsrael Hayom” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, səfərin dəqiq tarixi hələ dəqiqləşməsə də, onun yaxın gələcəkdə baş tutacağı gözlənilir.
Səfər çərçivəsində Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.
Ölkə liderlərinin ikitərəfli və regional əməkdaşlığın bütün spektrini müzakirə edəcəyi nəzərdə tutulur.
Səfər iki həftə əvvəl Bakıda yüksək səviyyəli İsrail və Türkiyə nümayəndə heyətləri arasında Suriya ərazisində iki ölkə arasında hərbi toqquşmanın qarşısını almaq məqsədi daşıyan texniki danışıqlardan sonra həyata keçirilir.
Qeyd edək ki, Netanyahunun Azərbaycana sonuncu səfəri 2016-cı ildə baş tutub.