"Azyaşlılar evdə gördüklərini götürürlər. Onların çox sadə bir şəkildə aldanıb başqalarına getmək səbəbi ailədən asılıdır. Ailələr uşaqlara məhrəmiyyət hissi öyrətmirlər. Bir neçə gün öncə rayonlardan birində toyda uşağı bir kişi aldadaraq qaçırmışdı. Əslində nə qədər böyük faciə baş verə biləcəyini ailər anlamır".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
Psixoloq bildirib ki, erkən yaşlardan uşaqlara məhrəm hissini öyrətmək vacibdir:
"Azyaşlılar böyüklərdən daha emosionol olurlar. Azyaşlı kiminləsə görüşmək istəmirsə, onu əmini, dayını, bibini, xalanı öpməyə məcbur etməməliyik. Beləliklə uşaqlara yad adamlara güvənmək hissiyatını özümüz ötürmüş oluruq. Azyaşlının yaxın qohumun belə onunla təmas etməsindən xoşu gəlmirsə, buna məcbur etmək olmaz.
Təəssüf ki, statistikaya əsasən azyaşlılara qarşı cinsi zorakılıq halları əksəriyyət hallarda yaxın qohumları tərəfindən baş verir. Anadan başqa heç kim azyaşlı ilə yaxın təmasda olmamalıdır. Maarifləndirmə ailədən başlayır. Bu hadisədə uşağın tapılması o demək deyil ki, sabah bunu başqasına etməyəcək. Nə qədər ki, bu insanlar cəzasız qalacaq, ictimaiyyətdə şərti adlarla qeyd olunacaqlar belə hadisələr davam edəcək. Həmin şəxslərin kimliyi ictimaiyyətə təqdim olunmalıdır".
Qeyd edək ki, bir neçə gün öncə Ağstafada toylardan birində azyaşlı sərxoş kişi tərəfindən aldadılaraq qaçırılmışdı.
Əfsanə Kamal
Demokrat.az